Bizi izləyin

Layihə

Dəyişiklik ərəfəsində: 10 ilin katibi

(əvvəli bu linkdə)

 

AFFA-nın yeni baş katibi problems…

blank
 
AFFA-nın yeni baş katibi problemsiz biri olmalıdı. O, inkişaf üçün mükəmməl plana sahib olmaqla yanaşı, keçmişi vərəqləməməlidi. Çünki köhnə günahların qurdalanması həm də sponsorların, himayədarların, daha yüksək rəhbərlərin bostanına daş atılması olacaq. Bu səbəbdən yeni gələn keçmişə göz yumaraq çalışmalıdı, onu xələf seçənləri “yada salmamalıdı”. Belə birisi isə məlum dairədən, SOCAR-ın xeyir-duasını alaraq gələcək.
 
Məmmədov AFFA-nın baş katibi kimi düz 10 il çalışdı. Və bu dövrdə heç 10 faizlik inkişaf görmədik. Haqsızlıq olmasın – bəli, müəyyən işartılar var, lakin bu, Elxan bəyin xidməti deyil, futbola buraxılan milyonların nəticəsidi. Həmin maliyyə Fuad Musayev dönəmində olsaydı, indi fərqli inkişaf mərhələsindən danışırdıq. Yəqin ki, minimal şərtlərlə maksimum nəticələrə çalışan köhnə rəhbərlik uşaq futbolunda əla bünövrə qoyar, indi heç olmasa, ortabab futbol ölkəsinə çevrilərdik. Lakin birbaşa idarəçi olan Məmmədov bunu bacarmadı. Musayevlə onu məhz buna görə müqayisə edirik. O vaxt AFFA-nı rəhmətlik şəxsən idarə edirdisə, indi hər şey Məmmədovdan asılıdı. İndiki prezident Rövnəq Abdullayevin heç AFFA-da kabineti də yoxdu.
 
İndi uşaq futboluna təkcə AFFA tərəfindən illik 3 milyon manatdan çox vəsait sərf olunur. Bu, Musayevin vaxtındakı AFFA-nın büdcəsinin 2-3 mislidi. Əvəzində hansısa nəticə yoxdu. Gənclər və yeniyetmə futbolunda elə eybəcər sistem qurulub ki, 8 elita komandası Premyer Liqa üçün tətbiq olunan limit qarşısında acizdi. Növbəti mövsümdə start heyətində minimum bir 1996-cı il təvəllüdlü futbolçu oynamalı, iştirak ərizəsinə daha 2-3-nün adı əlavə olunmalıdı. Lakin uşaq futbolunda o qədər problem var ki, heç kim yetişməyib və əksər klublar bu yaşda olan keyfiyyətli kadr tapa bilmirlər. Halbuki 10 illik katibliyi dövründə Məmmədova ölkə futbolunun inkişafı üçün hər cür şərait yaradılmışdı. O, AFFA-nın de-fakto rəhbəri idi, amma əsas qayəni unudub, bütün bacarığını kənar layihələrə, şoulara həsr etdi.
 
Elxan bəy çox bacarıqlı biridi, əla marketoloq, diplomat, savadlı məmurdu. Lakin çox təəssüf ki, futbolun incəliklərini bilmir, bu sahədə də quru sistem yaratmaqla uğur qazanacağına inanırdı. Mentaliteti, Azərbaycan reallıqlarını nəzərə almadı, köhnələri silib, ətrafını yalnız gənclərdən qurdu. Halbuki bu işlərdə təcrübəlilərə arxa çevirmək, onların illərə dayanan praktikasından istifadə etməmək ağılsızlıq idi.
 
İndi real vəziyyət elədi ki, Məmmədovun qalstuklu, rusdillilərdən ibarət dəstəsi çarəsiz durumdadı. Hamı özünü ağa sayır, heç kimi qara iş görmür. Futbolda isə qara iş ən vacib olandı. Çünki məhsul torpaqda yetişdiyi kimi, futbolçular da meydanlarda inkişaf edir. Məmmədovun “parnik” məhsullarının keyfiyyəti bu gün özünü “göstərir”. Süni qazonlarda, kənara atılan mütəxəssislərin yerinə gətirilən, 500-600 manata aldıqları kateqoriyayla özünü məşqçi sayan təsadüfi adamların yetişdirdikləri futbolçular elə bu cür də olmalıydı.
 
Faktiki Elxan Məmmədovun dönəmində 10 ili əhatə edən bir futbolçu nəsli məhv edildi. Onlar həm təhsildən yayındılar, həm futbolçu ola bilmədilər. Deməli, perspektiv avara dəstəsi təmin edildi. 10 illiyin hesabatını versə, baş katibin fərqli nəsə qeyd edə biləcəyinə inanmıram.
 
Yalançı “Yuventus” məktəbi, hansısa yetirməsini görmədiyimiz “Mançester Yunayted” layihəsi yalnız şou idi. İtalyanlar artıq geri qayıdıb, ingilislərin hər il Mançesterə göndərdiyi seçilmiş gənclərdən isə hansısa göz qabağında deyil – hamısı it-bata düşüb. Çünki seçim də saxta idi, onların istedadı da o səviyyədə deyildi. Elxan bəy istedadları Gəncə məhəllələrində, Tovuz kəndlərində, Qusar dağlarında, İmişli çöllərində deyil, Bayılda, Mərdəkanda yetişdirmək yolunu seçdi və bu, fiaskoya səbəb oldu. Əyalətlərdə futbolun inkişafı unudulan gün top oyununun da sonu oldu.
 
Və mətbuatın illərdi car çəkdiyi bu fakta göz yumuldu, gözardı edildi. İndi isə məhsul yığmaq vaxtıdı və klublar yerli futbolçu tapa bilmir. Ən pisi isə odur ki, 10 il öncə olduğu kimi 20-30 deyil, cəmi 8 komanda bu əziyyəti çəkir. Bəlkə də komandaların sayını azaltmaq elə bu eyibin üstünü örtmək üçün imiş.
 
(davamı olacaq)
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm