Ölkə futbolu
"İnter"in rəqibi Bakıya tam heyətlə gəldi
Serbiyanın "Mladost" komandası "İnter"lə ke&cc…
Serbiyanın "Mladost" komandası "İnter"lə keçirəcəyi Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşü üçün Bakıya gəlib. Futbolinfo.az xəbər verir ki, ölkəmizə gətirilən heyətdə sifariş ərizəsindəki 23 futbolçunun hamısı yer alıb.
Onlar Belqrad – İstanbul – Bakı reysi ilə səhər saatlarında Azərbaycan paytaxtına çatdıqdan sonra şəhərətrafı hotellərdən birində yerləşiblər. Bu gün "Mladost" paytaxt stadionlarından birində, sabah isə oyunun keçiriləcəyi "Dalğa Arena"da məşqə çıxacaq.
"Mladost"un Bakıya gətirdiyi heyəti təqdim edirik:
Qapıçılar: 1. Nemanya Krznariç, 22. Zlatko Zeçeviç, 23. Draqan Rosiç;
Müdafiəçilər: 4. İvan Miloşeviç, 5. Sinişa Saniçanin (Bosniya və Herseqovina), 28. Nikola Andriç, 31. Yanko Tumbaşeviç, 44.Boqdan Miloşeviç, 93. Miloş Şatara (Bosniya və Herseqovina);
Yarımmüdafiəçilər: 8. Stefan Goluboviç, 10. Xusniddin Qafurov (Özbəkistan), 11. Uroş Sinciç, 15. Aleksandar Peyoviç, 17. İvan Pesiç, 20. Nenad Marinkoviç, 27. Vladimir Radivoyeviç, 77. Predraq Pavloviç, 99. Velko Kiyevçanin;
Hücumçular: 7. Saşa Yovanoviç, 12. Nenad Qavriç, 14. Miloş Trifunoviç, 18. Obiora Odita (Nigeriya), 32. İvan Markoviç.
Baş məşqçi: Nenad Milovanoviç.
Qeyd edək ki, "İnter" – "Mladost" matçı iyulun 6-da "Dalğa Arena"da keçiriləcək və saat 21:00-da başlanacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”