Ölkə futbolu
Millimizin sabiq üzvü Berlin “Dinamo”sunda!
Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət D…
Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşovun yeni komandası müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını Almaniyanın Şimal-Şərq Regional Liqasında çıxış edən Berlin “Dinamo”sunda davam etdirəcək.
Onunla 1 illik müqavilə bağlanılıb. Dadaşov ötən mövsüm Regional Liqada mübarizə aparan "Moyzelvits"in formasını geyinib. Təcrübəli forvard artıq “Rote-Vayss Erfut”la yoxlama görüşündə (2:1) qol hesabını açıb, “Tsossen 07” matçda (9:0) isə dubl edib.
Qeyd edək ki, Rüfət 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır. Rüfət ötən mövsüm "Moyzelvits"lə çıxdığı 33 oyunda 12 dəfə fərqlənib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”