Dünya futbolu
"San Paulo" Rojerio Senini istefaya göndərdi
Braziliyanın "San Paulo" klubu baş məşqçisi Rojer…
Braziliyanın "San Paulo" klubu baş məşqçisi Rojerio Senini istefaya göndərib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstefaya onun rəhbərliyi altında komandanın uğursuz çıxış etməsi səbəb olub.
Qeyd edək ki, "San Paulo" 11 turdan sonra Braziliya A Seriyasında 11 xal toplayıb 20 klub arasında 17-cidi.
Maraq üçün xatırladaq ki, Rojerio futbolçu karyerası ərzində yalnız "San Paulo"da oynayıb. Qapıçı 1992-ci ildən 2015-ci ilə kimi bu komandada 575 oyun keçirib. Braziliya yığmasının sabiq qolkiperi doğma klubunun sükanı arxasına bu ildən keçmişdi.