Dünya futbolu
Luka Toni "Verona"nı niyə tərk etdiyini açıqladı
İtaliya yığmasının sabiq hücumçusu Luka Toni 2013-c&u…
İtaliya yığmasının sabiq hücumçusu Luka Toni 2013-cü ildən bəri şərəfini qoruduğu "Verona"nı tərk edib. Futbolinfo.az xəbər verir ki, buna onun sözügedən klubun idman direktoru ilə münaqişədə olması səbəb göstərilir.
40 yaşlı veteran futbolçu bu barədə yerli mətbuata öz açıqlama verib: "İdman direktoru bildirdi ki, "burada rəhbər mənəm, hər şeyə də mən qərar verirəm. Onun bu sözlərindən sonra davam etməkdə hansısa məna görmədim".
Qeyd edək ki, "Modena"nın yetirməsi olan Toni bu komandadan başqa "Empoli", "Fiorenzuola", "Lodigiani", "Trevizo", "Viçensa", "Breşiya", "Palermo", "Fiorentina", "Bavariya", "Roma", "Cenoa", "Yuventus" və "Əl Nəsr" klublarında da forma geyinib. İtaliya yığmasında 47 oyuna 16 qola imza atmış Luka böyük ehtimalla futbolçu karyerasını elə bu yay başa vuracaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza