Dünya futbolu
“Qəbələ”nin rəqibərinin oyunu dava ehtimalına görə təxirə salınıb
Avstriyada təlim-məşq toplanışında olab Hollandiyanın “Ut…
Avstriyada təlim-məşq toplanışında olab Hollandiyanın “Utrext” komandasının iyulun 8-də Kiyev “Dinamo”su ilə deyil, “Qəbələ” ilə yoxlama oyunu keçirməsinin səbəbi müəyyənləşib.
Futbolinfo.az “Report”a istinadla xəbər verir ki, dəyişikliyə səbəb “Utrext”in “Dinamo” ilə qarşılaşmalı olduğu Yenbax bölgəsində “Ayaks”ın da yoxlama oyunu keçirməsidir. Yerli hüquq-mühafizə orqanları bu iki Hollandiya təsmilçisinin azarkeşləri arasında dava düşəcəyi xəbərini aldıqları üçün təhlükəsizlik məqsədi ilə həmin gün Yenbaxda “Utrext” – “Dinamo” görüşünün baş tutmasına icazə verməyiblər.
Nəticədə sözügedən kollektivlər özlərinə yeni rəqiblər tapıblar. Beləliklə, iyulun 8-də ukraynalılar yerli “Vakker”lə, hollandlar isə Avstriyanın başqa bir qəsəbəsində “Qəbələ” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qəbələ”nin hazırlıq prosesinin ikinci hissəsi iyulun 9-dək davam edəcək. Əyalət təmsilçisi bu gün Kiyev “Dinamo”su ilə də qüvvəsini sınayacaq. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv hazırlığın ikinci mərhələsindəki ilk görüşündə Avstriyanın “Qrodiq” komandasını böyük hesabla məğlub edib – 7:0.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib