Ölkə futbolu
ÇL-də 1-ci mərhələ başa çatdı: 5 xoşbəxt bəllidi
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhəl?…
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, cavab oyunları çərçivəsində 5 qarşılaşma baş tutub.
Bu raundda qitənin ən zəif 10 çempionu mübarizə aparır. Bu gün keçirilən oyunlardan sonra bu komandalardan 5-i 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. Bunlar "Hibernians", "Vikinqur", TNS, "Alaşkert" və "Linfild" olub.
Xatırladaq ki, Azərbaycan çempionu “Qarabağ” da məhz 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Ağdam klubu bu mərhələdə Gürcüstan “Samtredia”sı ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunları)
4 iyul
“Trepça” (Kosovo) – “Vikinqur” (Farer adaları) – 1:4
İlk oyun – 1:2
“İnfonet” (Estoniya) – “Hibernians” (Malta) – 0:1
İlk oyun – 0:2
“Europa” (Cəbəllütariq) – TNS (Uels) – 1:3
İlk oyun – 2:1
“Santa-Koloma” (Andorra) – “Alaskert” (Ermənistan) – 1:1
İlk oyun – 0:1
“La Fiorita” (San-Marino) – “Linfild” (Şimali İrlandiya) – 0:0
İlk oyun – 0:1
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir