Ölkə futbolu
İlk xoşbəxt "Videoton" oldu, "Reyncers" şokda
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab g&o…
Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə cəmi 2 qarşılaşma baş tutub.
Malta və Lüksemburqda keçirilən görüşlərin ikisində də meydan sahibi qisas əzmində idi. “Baltsan””Vodeoton”dan Macarıstanda buraxdığı iki qolun əvəzini çıxmağa çalışsa da, 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib. Nəticədə, doğma meydandakı inamlı qələbə "Videoton"u növbəti mərhələyə daşıyıb.
“Proqres” isə 1-ci təsnifat mərhələsinin ən sanballı klubu “Reyncers”i sınağa çəkib. Doğma meydanda minimal hesablı qələbə qazanan Şotlandiya nəhəngi sürpriz şəkildə rəqibinə iki cavabsız qolla uduzub. Nəticədə, Lüksemburq klubu mərhələ adladığı halda, "Reyncers" mübarizəni erkən dayandırıb.
Bu mərhələdə mübarizə aparan təmsilçilərimiz – “İnter” və “Zirə” 2 gün sonra cavab oyununa çıxacaq. “Qartallar” səfərdə “Differdanj”la (Lüksemburq), “İnter” isə evdə “Mladost”la (Serbiya) qarşılaşacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunları)
4 iyul
“Baltsan” (Malta) – “Videoton” – 3:3 (Macarıstan)
İlk oyun – 0:2
“Proqres” (Lüksemburq) – “Reyncers” (Şotlandiya) – 2:0
İlk oyun – 0:1
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib