Ölkə futbolu
“Kəpəz” “Bakı” ilə üz-üzə
“Kəpəz” Premyer Liqada qarşıdakı mövsüm&uum…
“Kəpəz” Premyer Liqada qarşıdakı mövsümün hazırlığına sabahdan etibarən – iyulun 5-də start verəcək. Futbolinfo.az klub saytına istinadla xəbər verir ki, “sarı-göylər” Bakıda məşqlərə başlayacaq.
İlk məşq sabah saat 11:00-a təyin olunub. Komanda üzvləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda bir araya gələcək.
Paytaxtdakı hazırlıq müddətində “Kəpəz” iki yoxlama oyunu keçirəcək. İyulun 8-də keçiriləcək matçda Gəncə klubunun rəqibi həvəskarlar liqasının iştirakçısı “Bakı” olacaq. Bu oyun saat 17:00-da rəqib komandanın bazasında başlayacaq. İyulun 12-də isə “Kəpəz” elita təmsilçisi “Neftçi” ilə qarşılaşacaq.