Ölkə futbolu
"İnter" – "Mladost" matçına maraq yoxdu
Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsi çər&ccedi…
Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "İnter"in qonağı olacaq Serbiya "Mladost"unu Bakıda dəstəkləyən olmayacaq. Futbolinfo.az xəbər verir ki, Luçani təmsilçisinin azarkeşləri mərhələ adlamaq şansı çox az olan komandalarını səfərdə dəstəkləməyə ehtiyac duymayıblar.
Əldə etdiyimiz məlumata görə, Serbiyadan "Mladost"un oyununu işıqlandırmaq üçün Bakıya cəmi 1 jurnalist gəlib.
"İnter" – "Mladost" matçına ölkəmizdə də böyük maraq göstərən yoxdu. Paytaxt klubundan aldığımız bilgiyə görə, "Dalğa Arena"da keçiriləcək görüşdə anşlaq olması inandırıcı görünmür.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda "İnter" 3:0 hesabıyla qalib gəlib. Cavab qarşılaşması isə sabah saat 21:00-da start götürəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq