Dünya futbolu
"Fənər"in forvardı rəsmən “Olimpiakos”da
Türkiyənin “Fənərbaxça” klubunun hücum…
Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Emmanuel Emenikenin Yunanıstan “Olimpiakos”una keçidi rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, Yunanıstan Super Liqasının son qalibi tibbi baxışdan uğurla keçən futbolçu ilə rəsmi müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, nigeriyalı futbolçu ilə 2+1 sistemi ilə müqavilə imzalanıb. Yunanıstan klubu bu transferə görə Türkiyə təmsilçisinə 2,5 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Emenikenin “Fənər”lə olan müqaviləsinin müddəti 2018-ci ildə başa çatacaqdı. 30 yaşlı futbolçu İstanbul klubuna 2013-cü ildə, 13 milyon avroya transfer olunmuşdu.
Türkiyəyə ilk olaraq "Karabükspor" formasıyla addım atan Emenike daha sonra "Fənərbaxça", Moskva "Spartak"ı, BƏƏ "Əl-Əyn"i, İngiltərə "Vest Hem"i kimi komandalarda çıxış edib. Nigeriyalı forvard geridə qalan mövsümdə "Fənərbaxça" formasıyla çıxdığı 27 oyunda 8 qola imza atıb.