Ölkə futbolu
“Rəqibin azlıqda qalması işimizə yaradı”
Avropa Liqasının 1-ci təsnifat mərhələsində dünən “…
Avropa Liqasının 1-ci təsnifat mərhələsində dünən “İnter” “Dalğa Arena”da Serbiya “Mladost”unu məğlub edib – 2:0.
Futbolinfo.az xəbər verir ki, matçdan sonar “bankirlər”in yarımmüdafiəçisi Pərdis Fərcad-Azad jurnalistlərə açıqlama verib: “Çətin oyun oldu, amma buna baxmayaraq qələbə qazana bildik. Çalışmalıyıq ki, belə davam edək. Xeyir, “Mladost” çox güclü idi, yaxşı çıxış edirdilər. Səfərdə də çox çətin keçmişdi. Erkən qol və rəqibin azlıqda qalması da işimizə yaradı”.
Qeyd edək ki. ilk qarşılamada da rəqibinə 3 cavabsız top vuran bakılılar 2-ci təsnifat mərhələsidnə Luksemburqun “Fola” komandası ilə qarşılşacaq.