Ölkə futbolu
“Qarabağ” hamıdan öndə
Avrokubokların I təsnifat mərhələsindən sonra klubların UEFA re…
Avrokubokların I təsnifat mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb. Siyahıda Avropanın 442 klubu yer alıb.
Avropa Liqasında mərhələ adlayan “Zirə” və “İnter”in hərəsi hesabına 0,500 xal əlavə edib. Bununla da zirəlilər ilk qazancını əldə edib. “İnter” isə şəxsi əmsalını 2,500-ə çatdırıb.
Amma hər iki komandanın öz xalı ölkə reytinqinə görə verilən rəqəmdən aşağıdı. Bu üzdən Bakı klubları da “Xəzər Lənkəran” və “Kəpəz” kimi ölkə reytinqindən gələn xala əsasən cədvələ daxil edilib. 4 komandanın hamısında bu rəqəm 3,150-di.
Cəmi 1 həftə əvvəl 259-cu yerə şərik olan 4 komandamız indi 260-cıdı. Bu komandalar kimi “Neftçi” də 1 pillə geriləyib. “Ağ-qaralar” 241-ci yerə şərikdi.
“Qəbələ” isə daha çox – 4 pillə geriləyib. Əyalət klubu 181-ci yerə düşüb. Mövqeyini dəyişməyən yeganə klubumuz isə “Qarabağ”dı. Ən yaxşı təmsilçimiz olan Ağdam klubu 78-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, cədvələ “Real” başçılıq edir – 134,000 xal.
Azərbaycan klubları UEFA reytinqində
78. “Qarabağ” – 15,500
181. “Qəbələ” – 4,750
241-47. “Neftçi” – 3,250
260-263. “İnter” – 3,150
“Xəzər Lənkəran” – 3,150
“Zirə” – 3,150
“Kəpəz” – 3,150