Dünya futbolu
Futbol matçında basabas düşdü, 8 nəfər həyatını itirdi
Malavidə yoxlama oyunundan öncə yaranan basabas 8 nəfərin hə…
Malavidə yoxlama oyunundan öncə yaranan basabas 8 nəfərin həyatına son qoyub. Futbolinfo.az xəbər verir ki, iyulun 6-da bu ölkənin Britaniya müstəmləkəçiliyindən azad olaraq müstəqilliyini elan etməsinin 53-cü ildönümü münasibətilə yerli "Niyasa biq Bullets" və "Silver Straykers" klubları arasında yoldaşlıq görüşü keçirilməsi nəzərdə tutulmuşdu.
Qarşılaşma 40 min azarkeş tutumuna malik stadionda baş tutmalı idi. Arenaya giriş isə pulsuz elan olunub. Matçdan öncə minlərlə adam stadiona daxil olmaq və daha münasib yerlərdə oturmaq üçün basabas yaradıb. Nəticədə 7-si uşaq olmaqla 8 nəfər ayaqlar altında qalaraq dünyasını dəyişib. Xeyli insan yaralanıb. Yerli polisin verdiyi məlumata görə, itki sayının artması istisna edilmir.
Malavi prezidenti Piter Mutarika baş verən hadisəyə biganə qalmayıb. Faciədən bərk təsirləndiyini deyən ölkə başçısı vəfat edənlərin hər birinini ailəsinə başsağlığı verib və hər kəsi onlara dəstək olmağa səsləyib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”