Dünya futbolu
Fransa yığmasının üzvü Super Liqa klubunda
Türkiyənin "İstanbul Başakşəhər" klubu fransalı …
Türkiyənin "İstanbul Başakşəhər" klubu fransalı müdafiəçi Qael Klişini transfer edib. Futbolinfo.az xəbər verir ki, tərəflər bu gün 3 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, Klişi Super Liqa təmsilçisinə azad agent kimi keçib. Yerli mətbuatın yazdığına görə, 32 yaşlı futbolçu yeni komandasında ilinə 3 milyon avro məvacib alacaq.
Fransalı ulduz futbolçu bu gün təşkil olunan imza mərasimində maraqlı açıqlamalar da verib. Belə ki, o, "Qalatasaray" və "Fənərbaxça"dan da təklif aldığını, lakin "Başakşəhər"in daha böyük istək nümayiş etdirdiyini dilə gətirib.
Klişi peşəkar karyerasına 2002-ci ildə ölkəsinin "Kann" klubunda başlayıb. 2003-cü ildə isə o, İngiltərə nəhəngi "Arsenal"a transfer olunub. 2011-ci ilə qədər London təmsilçisində oynayan Qael həmin il İngiltərənin digər nəhəngi "Mançester Siti"yə üz tutub. Təcrübəli futbolçu Fransa yığmasında da 20 oyun keçirib.