Dünya futbolu
Əl görüşməyi unudan kapitana şok cəza
Futbol üzrə Çin Super Liqasının lideri "Quan&ccedi…
Futbol üzrə Çin Super Liqasının lideri "Quançjou Everqrand" klubunun kapitanı Çjen Çji şok cəza ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, "Tianjin Quanjian" ilə qarşılaşmadan sonra komanda yoldaşlarını rəqib futbolçular və hakimlərlə əl görüşməyə dəvət etməməsi bu oyunçuya baha başa gəlib.
Belə ki, Çin Futbol Federasiyası Çjiyə 4 oyunluq cəza, 5200 avro cərimə kəsib. Bu azmış kimi, kapitan öz klubu tərəfindən də cəzalandırılıb. Klub rəhbərliyi ona 13 min avro cərimə kəsib.
"Quançjou Everqrand" sözügedən matçda rəqibinə 3:4 hesabıyla uduzub. Super Liqanın lideri bu oyundan əvvəlki 13 görüşdən ardıcıl qələbələrlə ayrılmışdı.
Qeyd edək ki, Çjen Çji ölkəsinin yığma komandasının da kaitanıdı.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı