Dünya futbolu
Premyer Liqa klubundan "Betis"ə
İngiltərənin "Midlsbro" klubunun müdafiəçisi…
İngiltərənin "Midlsbro" klubunun müdafiəçisi Antonio Barraqan İspaniyanın "Betis" klubuna keçib. Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Betis" Barraqanı icarəyə götürüb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
30 yaşlı ispaniyalı futbolçu "Sevilya"nın yetirməsi olsa da, peşəkar karyerasına İngiltərə "Liverpul"unda başlayıb. Lakin 2006-cı ildə "Deportivo"ya transfer olunan müdafiəçi ardından "Valyadolid", "Valensiya"nın da şərəfini qoruyub. İspan futbolçu 2016-cı ildən "Midlsbro"da oynayırdı.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı