Dünya futbolu
"İnter"dən 18 milyon avroluq transfer
İtaliyanın "İnter" klubu növbəti transferini ger&cc…
İtaliyanın "İnter" klubu növbəti transferini gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, Milan təmsilçisi "Sampdoriya"nın müdafiəçisi Milan Şkriniarı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, gənc futbolçu ilə 5 illik müqavilə imzalanıb. "İnter" 22 yaşlı slovakiyalı futbolçuya görə 18 milyon avrosundan keçməli olub.
Qeyd edək ki, Slovakiyanın "Jilina" klubunun yetirməsi olan futbolçu peşəkar karyerasına da 2012-i ildə doğma komandasında başlayıb. 2013-cü ildə Slovakiyanın "ViOn" klubunda icarədə oynayan müdafiəçi "Sampdoriya"ya 2016-cı ildə transfer olunmuşdu. O, geridə qalan mövsümdə bu kollektivlə 38 oyuna çıxıb.
Şkriniar ölkəsinin əsas yığmasında da 3 oyun keçirib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı