Dünya futbolu
Premyer Liqa klubu Yorgensenlə müqavilə imzaladı
İngiltərə Premyer Liqasına yeni vəsiqə qazanan "Haddersfild…
İngiltərə Premyer Liqasına yeni vəsiqə qazanan "Haddersfild" heyətinə daha bir futbolçu qatıb. Futbolinfo.az xəbər verir ki, sözügedən klub Danimarkanın "Kopenhagen" komandasından müdafiəçi Matias Yorgenseni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı danimarkalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Danimarkanın "B-93" klubunun yetirməsi olan Yorgensen peşəkar karyerasına da 2006-cı ildə bu komandada başlayıb. 2007-ci ildə isə o, "Kopenhagen"ə transfer olunub. 2012-ci ildə Hollandiyanın PSV klubuna üz tutan Matias 2 il sonra yenidən "Kopenhagen"ə qayıdıb.
"Haddersfild"in yeni transferi 2008-ci ildən etibarən Danimarka yığmasında da çıxış edir.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı