Dünya futbolu
"Bursaspor"un baş məşqçisi millimizin forvardı haqda danışdı
Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi…
Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Paul Le Quen bu komandanın və Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmaz haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, futbolçu ilə klub arasında münasibətlərin pozulduğunu bildirib:
"Komandanın oyunlarını izlədiyim vaxt Dəniz adlı bir oyunçu diqqətimi çəkdi. Doğrudan da səviyyəli və yaxşı futbolçudu. Bizə kömək olacağını düşünürdüm. Buraya gələndən sonra vəziyyəti öyrəndim. Dənizlə klub rəhbərliyi arasında narazılıqlar olub. Ona heyf oldu. Həyat belədi, bəzən nələrisə dəyişdirə bilirsən, bəzən isə yox. Artıq Dənizlə münasibətlər pozulub".
Qeyd edək ki, Yılmaz intizamsız hərəkətlərinə görə ötən mövsüm əsas komandadan uzaqlaşdırılıb. Klubun prezidenti Ali Ay millimizin oyunçusuna təklif gələcəyi təqdirdə, onunla yolları ayıracaqlarını bildirib.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı