Dünya futbolu
İngiltərə futbolunda tarixə düşən transfer
İngiltərənin "Vulverhempton" klubu Portuqaliyanın "…
İngiltərənin "Vulverhempton" klubu Portuqaliyanın "Portu" komandasından yarımmüdafiəçi Ruben Neveşi transfer edib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
20 yaşlı xavbeklə 5 illik müqavilə imzalanıb. "Portu"nun yetirməsi olan Portuqaliya yığmasının üzvü peşəkar karyerasına 2010-cu ildən başlayıb və geridə qalan müddətdə doğma klubu ilə meydana çıxdığı 59 oyunda 3 qola imza atıb.
Qeyd edək ki, Neveşin transferi nəinki "Vulverhempton"un, həm də İngiltərə Çempionşipi tarixində ən bahalı transferdi. Britaniya mətbuatının yaydığı məlumata görə, bu transfer İngiltərə klubuna 17 milyon funt-sterlinqə başa gəlib.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə