Ölkə futbolu
Deyv Bultuis "Qəbələ"yə transferindən danışdı
Almaniyanın "Nürnberq" klubundan "Qəbələ"…
Almaniyanın "Nürnberq" klubundan "Qəbələ"yə transfer olunan Deyb Bultuis Azərbaycan təmsilçisinə keçidindən danışıb. Futbolinfo.az xəbər verir ki, hollandiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “Qəbələ”ni seçməsinin səbəblərindən də danışıb:
“Nürnberq” artıq 4-cü ildi ki, 2-ci Bundesliqada çıxış edir. Mən gələcək karyeramı düşünürəm. Bu səbəbdən klubla yollarımı ayırdım. Həyatımda yeni macəra yaşamaq istəyirəm. “Qəbələ” Avropa Liqasında çıxış edəcək. Bu turnirdə uzun müddətdi oynamıram. Üstəlik, “Qəbələ”nin maliyyə şərtləri çox cəlbedici idi. İndi karyeramın elə vaxtındayam ki, maliyyə haqda düşünməliyəm. Məhz bu səbəbdən Hollandiya klublarının təkliflərini rədd edib, “Qəbələ”yə keçdim”.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə