Ölkə futbolu
Öncə "Qarabağ", sonra "Samtredia"
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi ç…
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" – "Samtredia" (Gürcüstan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. Konfrans iyulun 10-da, "Azərsun Arena"nın mətbuat zalında keçiriləcək. "Köhlən atlar"ın son məşqi isə saat 19:00-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
”Samtredia”nın baş məşqçisi Gia Tsetsadze isə həmin gün saat 20:30-da, Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Gürcüstan təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı