Ölkə futbolu
“Qəbələ”nin gücünə bələdik”
“Bir neçə gündü “Qəbələ”ni təh…
“Bir neçə gündü “Qəbələ”ni təhlil edirik. Artıq bu rəqibin gücünə bələdik”. Futbolinfo.az xəbər verir ki, bunu “Yagelloniya”nın hücumçusu Arvidas Novikovas deyib.
Avropa Liqasının I təsnifat mərhələsində Batumi “Dinamo”sunu (Gürcüstan) mübarizədən kənarlaşdıran Polşa klubu II mərhələdə “Qəbələ”yə rəqib olub. İyulun 13-də baş tutacaq ilk qarşılaşma öncəsi yerli mətbuata açıqlamasında komandasının şanslarını dəyərləndirən Novikovas “Qəbələ”nin “Dinamo” ilə müqayisədə daha güclü olduğunu etiraf edib.
Roman Qriqorçukun yetirmələrinin ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirakı Litva millisinin üzvünü narahat etsə də, 27 yaşlı forvard ümidini itirmir: “Bilirik ki, “Qəbələ” ötən mövsüm Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Bu, onların kifayət qədər güclü komanda olduqlarını göstərir. Ancaq Azərbaycana səfər öncəsi qələbə qazanmağımız və ora qalib ruhda yollanmağımız bizə əlavə motivasiya verir. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Qəbələ” – “Yagelloniya” oyunu iyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.