Ölkə futbolu
"Qəbələ"nin oyununda almaniyalı hakimlər
Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləc…
Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Qəbələ" – "Yagelloniya" (Polşa) oyunu üçün hakim təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, görüşü almaniyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Marko Fritz olacaq. Ona Holqer Henşel və Marsel Pelqrim köməklik edəcək Quido Vinkmann isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Fritz indiyə kimi təmsilçilərimizin heç bir oyununu idarə etməyib. 2012-ci ildən FİFA referisi statsunu daşıyan almaniyalı bu müddətdə 12 beynəlxalq matçda futbolçulara 67 sarı, 1 qırmızı vərəqə göstərib, həmçinin 1 dəfə də qapılara penalti təyin edib.
İxtisasca bank işçisi olan Fritzin hobiisi idman və musiqidi. O, həmçinin, sözügedən matçda cari avrokuboklarda debüt edəcək.
Qeyd edək ki, iyulun 13-də Bakıda 8-ci kilomtr qəsəbə stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.