Dünya futbolu
Sabiq "Neftçi"li Kvekveskiri ilə bir klubda
Ötən mvsümün gedişində "Neftçi"dən…
Ötən mvsümün gedişində "Neftçi"dən qovulan Vançe Şikov özünə yeni komanda tapıb. Futbolinfo.az xəbər verir ki, makedoniyalı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək. Şikov "Tobol" klubu ilə müqavilə imzalayıb.
31 yaşlı müdafiəçinin son klubu ölkəsinin "Rabotniçki" komandası olub.
Qeyd edək ki, "Tobol"da "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Nika Kvekveskiri də çıxış edir.
Xatırladaq ki, Makedoniya millisinin də üzvü olan müdafiəçi "Neftçi"də 9 oyun keçirmişdi.