Ölkə futbolu
Qurban Qurbanova sürpriz hədiyyə – FOTO
Sabah "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifa…
Sabah "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün "Azərsun Arena"da təmsilçimizin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransı keçirib.
Tədbir maraqlı hadisə ilə yadda qalıb. Belə ki, Gürcüstandan gələn jurnalistlərdən biri Qurbanovu əvvəlcə türk dilində salamlayıb və hədiyyə təqdim edib. O, çalışdırıcıya qələm, gürcü çaxırı və qədəh verib.
Bundan başqa, "Neftçi"nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadə də konfransda iştirak edib.