Dünya futbolu
Premyer Liqadan La Liqa klubuna
İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiə&c…
İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiəçisi Karles Xil İspaniyanın "Deportivo" klubuna keçib. Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 25 yaşlı ispaniyalı futbolçu 1 illik icarəyə götürülüb.
Hücumameylli yarımmüdafiəçi peşəkar karyerasına 2009-cu ildə yetirməsi olduğu "Valensiya"da başlayıb. 2012-2014-cü illərdə "Elçe"də icarədə çıxış edən futbolçu 2015-ci ildən etibarən də "Aston Villa"da oynayır.