Dünya futbolu
MY-dən "Real Sosyedad"a
İngiltərənin "Mançester Yunayted" klubunun yarımm…
İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Adnan Yanuzayın İspaniya "Real Sosyedad"ına transferi rəsmiləşib. Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər 5 illik müqaviləyə imza atıblar. 22 yaşlı belçikalı futbolçuya görə ispanlar MY-yə 10 milyon avro təzminat ödəyiblər.
Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Yanuzay Almanyanın "Borussiya" (Dortmund) və İngiltərənin "Sanderlend" klublarında da icarə əsasında oynayıb. Belçikalı vinger geridə qalan mövsümdə "Sanderlend"in heyətində 28 oyun keçirib, 1 qol vurub.