Dünya futbolu
Valensiya Meksika klubu ilə müqavilə imzaladı
İngiltərənin "Vest Hem" klubunun hücumçusu En…
İngiltərənin "Vest Hem" klubunun hücumçusu Enner Valensiya Premyer Liqa təmsilçisi ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, o, karyerasını Meksikanın "Tiqres" klubunda davam etdirəcək. Bu barədə "Vest Hem"in rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Valensiya İngiltərə klubunda 2014-cü ildən bəri çıxış edirdi. Ekvadorlu futbolçu daha öncə "Emelek" və "Paçuka" klublarında da forma geyinib. Ölkəsinin yığması ilə 38 oyuna çıxan forvard 20 qola imza atıb.