Dünya futbolu
Debütant Bundesliqa klubundan müdafiəçi aldı
İngiltərə Premyer Liqasının növbəti mövsümün…
İngiltərə Premyer Liqasının növbəti mövsümündə debüt edəcək "Brayton" klubu növbəti transferini gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, sözügedən klub Almaniya "İnqolştadt"ı ilə yollarını ayıran Markus Zuttneri heyətinə qatıb.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. Avstriyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Avstriya yığmasının da şərəfini qoruyan Zuttner Vyana "Austria"sının yetirməsidi. O, 2007-ci ildən şərəfini qoruduğu bu klubu "İnqolştadt"a 2015-ci ildə dəyişmişdi.