Ölkə futbolu
Filip Ozobiç: “Fasilədə söz verdik ki…”
“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobi&…
“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Polşanın “Yagelloniya” klubuna qarşı keçirdikləri ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan görüşlə bağlı öncə bunları söyləyib:
– Cütün taleyi hələ açıq qalıb. İkinci oyunda hər şey bəlli olacaq.
– Necə düşünürsən, bu rəqibi keçmək olar?
– Əlbəttə. Keçə bilərik. İkinci oyuna daha yaxşı hazıraşacağıq. Mərhələni keçmək istəyirik.
– İlk hissədə nisbətən zəif görünürdünüz, fasilədən sonra isə sanki bir az canlanma oldu…
– Fasilədə danışdıq, söz verdik çıxıb daha yaxşı oynayaq. Başlayan kimi qol da vurduq.
– Şansları necə dəyərləndirirsiniz?
– Şanslar hələ də 50/50-dir.
– Yeni transferlər sanki komandaya uyğunlaşa bilmirlər…
– Hamısı yaxşı oyunçulardı. Sadəcə, ilk matçlarına çıxırdılar. İkinci oyunda daha yaxşı olacağını düşünürəm.
– Hakimlik haqqında nə deyə bilərsiz?
– Bu barədə danışmaq istəmirəm. Cavab matçını düşünməli və ona hazırlaşmalıyıq.
ELMAR ABDULLA-ZADƏ