Ölkə futbolu
"Qəbələ"ni keçmək üçün bacardığımız hər şeyi edəcəyik"
"Birinci dəqiqədən sona kimi meydanda gərgin mübarizə g…
"Birinci dəqiqədən sona kimi meydanda gərgin mübarizə gedirdi. Birinci hissədə ağıllı oynadıq və bir qol vurduq. İkinci hissə isə rəqib üçün daha yaxşı keçdi. "Qəbələ"nin güclü hücumçuları var. Növbəti mərhələyə yüksəkmək istəyiriksə, ev oyununa yaxşı hazırlaşmalıyıq. "Qəbələ" səddini keçmək üçün bacardığımız hər şeyi edəcəyik".
Futbolinfo.az xəbər verir ki, bu sözləri "Yagelloniya"nın qapıçısı Marian Kelemen Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə ilk oyundan (1:1) sonra klubun saytına deyib.
"Matç başqa hesabla bitə bilirdi. Hər iki komandanın qol vəziyyətləri var idi. Oyun yüksək səviyyədə keçdi. Hər iki tərəf yüksək tempdə oynayırdı" – deyə o bildirib.
M.Kelemen "Qəbələ" ilə cavab görüşünün asan olmayacağını bildirib: "Cavab matçında azarkeş dəstəyinizə ehtiyacımız var. Ağıllı oynamalıyıq".
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq