Ölkə futbolu
Qurban Qurbanov: "Bütün fikrimizi "Samtredia" ilə cavab oyununa yönəltmişik"
Bu gün Çempionlar Liqasının 3-cw təsnifat mərhələsin…
Bu gün Çempionlar Liqasının 3-cw təsnifat mərhələsinin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, “Qarabağ” 2-ci mərhələdəki rəqibi “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov püşklə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-də baş tutacaq “Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.