Dünya futbolu
"Tottenhem"dən MS-yə
İngiltərənin "Mançester Siti" klubu heyətini yeni…
İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, "şəhərlilər" "Tottenhem"in müdafiəçisi Kayl Uolkeri transfer edib.
İngiltərə millisinin üzvü ilə 5 illik sözləşmə imzalanıb. "Mançester Siti" bu keçid üçün londonlulara 56 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada 33 oyuna çıxıb və 5 qolun ötürməsini edib.