Dünya futbolu
Bonuççi "Yuve"ni "Milan"a dəyişdi
İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu il…
İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, "rossonyerilər" "Yuventus"un müdafiəçisi Leonardo Bonuççini transfer edib.
İtaliya millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. 30 yaşlı futbolçu yeni klubunda illik 6,5 milyon avro qazanacaq.
"Milan" təcrübəli müdafiəçinin keçidi üçün Turin təmsilçisinə 40 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Bonuççi 2010-cu ildən "Yuventus"da çıxış edirdi. O, "qoca sinyora"nın heyətində meydana çıxdığı 227 oyunda 15 qolla yadda qalıb.