Dünya futbolu
"Qalatasaray"da şok ayrılıq
Türkiyənin "Qalatasaray" klubu ulduz futbolçusu…
Türkiyənin "Qalatasaray" klubu ulduz futbolçusu Uelsi Snedyerlə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə "sarı-qırmızılar"ın rəsmi saytı məlumat yayıb. Hollandiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib və Sneyder azad agentə çevrilib.
Tərəflər arasındakı razılığa əsasən, Uesli qarşıdakı 3 il ərzində Türkiyədə başqa bir kluba keçsə, "Qalatasaray"a 20 milyon avro təzminat ödəməlidi.
Qeyd edək ki, İstanbul klubu hollandiyalı yarımmüdafiəçini 2013-cü ildə Milan "İnter"indən transfer etmişdi. 33 yaşlı futbolçu 4,5 il ərzində "sarı-qırmızılı" forma ilə 175 oyunda 46 qola imza atıb.
Hollandiya yığmasında 130-dan çox oyun keçirən Sneyder yetirməsi olduğu "Ayaks"dan başqa Madrid "Real"ında da çıxış edib.