Dünya futbolu
ÇL-də ikinci təsnifat mərhələsinin ilk oyunları yekunlaşdı
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk o…
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin oyunları adətən çərşənbə axşamı və çərşənbə günləri keçirilsə də, bu mərhələnin bir oyunu bu gün – cümədə baş tutub.
İlk oyunların sonuncu qarşılaşması Şimali İrlandiya çempionu "Linfild"lə Şotlandiya "Seltik"i arasında keçirilib. Şotlandlar səfərdə 2 cavabsız qolla qalib gələrək demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin ediblər.
Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” iyulun 11-də Bakıda Gürcüstan “Samtredia”sını qəbul etdi və rəqibinə 5 cavabsız qolla qalib gəldi.
Bütövlükdə, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyunlar
11 iyul
Qarabağ (Azərbaycan) – Samtredia (Gürcüstan) 5:0
Hibernians (Malta) – Zalsburq (Avstriya) 0:3
Partizan (Serbiya) – Buduçnost (Monteneqro) 2:0
Rieka (Xorvatiya) – Nyu-Sents (Uels) 2:0
12 iyul
Spartak (Latviya) – Astana (Qazaxıstan) 0:1
APOEL (Kipr) – Düdelanj (Lüksemburq) 1:0
Zrinski (Bosniya və Herseqovina) – Maribor (Sloveniya) 1:2
Malmö (İsveç) – Vardar (Makedoniya) 1:1
Hapoel (Beyer-Şeva, İsrail) – Honved (Macarıstan) 2:1
Şerif (Moldova) – Kukesi (Albaniya) 1:0
BATE (Belarus) – Alaşkert (Ermənistan) 1:1
Jalgiris (Litva) – Ludoqorets (Bolqarıstan) 2:1
Mariehamn (Finlandiya) – Legiya (Polşa) 0:3
Jilina (Slovakiya) – Kopenhagen (Danimarka) 1:3
Dandalk (İralndiya) – Rusenborq (Norveç) 1:1
Hafnarfyordur (İslandiya) – Vikinqur (Farer adaları) 1:1
14 iyul
Linfild (Şimali İrlandiya) – Seltik (Şotlandiya) 0:2