Dünya futbolu
Argentinalı futbolçu rəsmən Super Liqa klubunda
Bu il Türkiyə Super Liqasına vəsiqə qazanan “Gözt?…
Bu il Türkiyə Super Liqasına vəsiqə qazanan “Göztəpə” heyətini yeni futbolçuyla gücləndirib. Futbolinfo.az xəbər verir ki, İzmir təmsilçisi argentinalı yarımmüdafiəçi Ezekiel Oskar Skarione ilə anlaşıb.
Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. 14 illik fasilədən sonra Super Liqaya qayıdan “sarı-qırmızılar” 32 yaşlı futbolçuyla 2 illik müqavilə bağlayıb.
Skarione daha öncə də Super Liqada çıxış edib. O, 3 mövsümdə “Kasımpaşa”nın uğurları üçün çalışıb. Argentinalı futbolçu son mövsümdə İsrailin “Makkabi” (Təl-Əviv) komandasında top qovub. Skarione Təl-Əviv təmsilçisinin heyətində şans qazandığı 29 oyunda 9 qol vurub.