Dünya futbolu
Nelson Semedo rəsmən "Barselona"da!
Portuqaliya "Benfika"sında çıxış edən müdaf…
Portuqaliya "Benfika"sında çıxış edən müdafiəçi Nelson Semedo növbəti mövsümdən İspaniyanın "Barselona" klubunun şərəfini qoruyacaq. Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi rəsmi saytı vasitəsilə sağ cinah müdafiəçisini heyətinə qatdığını açıqlayıb. "Barsa" 24 yaşlı portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
Transferin maddi detalları barədə məlumat verilmir. Lakin İspaniya mətbuatının iddiasına görə, "Barselona" "Benfika"ya 30 milyon avro + 5 milyon avro bonus ödəyəcək.
"Benfika"nın yetirməsi olan Nelsinyo ləqəbli futbolçu bu komandanın heyətində geridə qalan 2 mövsümdə 63 oyuna çıxıb. Semedo həm də Portuqaliya yığmasının şərəfini qoruyur.