Ölkə futbolu
"Azarkeşlər Azərbaycanda əsl şou izləyəcəklər"
"Panatinaikos" klubunun prezidenti Manos Mavrokuklakis Avrop…
"Panatinaikos" klubunun prezidenti Manos Mavrokuklakis Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ" üzərində 1:0 hesablı qələbədən sonra açıqlama verib. Futbolinfo.az xəbər verir ki, klub rəsmisi komandasına inandığını və cavab matçında yaşı nəticəyə ümid etdiyini dilə gətirib:
"Möhtəşəm matç idi. Çox yaxşı futbol sərgilədik, tam razıyam. Nəzərə alma lazımdı ki, bəzi oyunçularımız hələ də hazır deyil. İlk oyunda qələbə qazandıq və bunun davamını cavab oyununda gətirmək lazımdı. Ümid edirəm ki, növbəti mərhələyə adlaya biləcəyik".
Klub prezidenti "Qəbələ" ilə oyunda komandaya dəstək verən azarkeşlərə də təşəkkür edib: "Qələbədə azarkeşlərmizin də payı var. Bizi dəstəkləyənlərə təşəkkür edirəm. Bu mövsüm onları daha çox sevindirməyə çalışacağıq".
O, Bakıda keçiriləcək cavab matçının maraqlı keçəcəyini qeyd edib: “Azarkeşlər Azərbaycanda əsl şou izləyəcəklər. Növbəti mərhələyə vəsiqəni Bakıda reallaşdırmaq bizim üçün əla olar”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”