Dünya futbolu
Argentina millisinin sabiq üzvü "Penyarol"da
"Liverpul" və "Atletiko"nun sabiq yarımmüda…
"Liverpul" və "Atletiko"nun sabiq yarımmüdafiəçisi Maksi Rodriqes özünə yeni iş yeri tapıb.
Futbolinfo.az xəbər verir ki, o, Uruqvayın "Penyarol" klubu ilə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Son iş yeri "Nyuells Old Boyz" olan futbolçunun yeni klubu ilə neçə illik müqavilə bağladığı açıqlanmayıb.
Qeyd edək ki, Argentina yığmasında 50-dən çox oyun keçirmiş 36 yaşlı futbolçu "Nyuells Old Boyz" klubunun yetirməsidi. O, 2002-ci ildə bu klubdan İspaniyanın "Espanyol", daha sonra isə "Atletiko" klubuna (2005-ci ildə) transfer olunmuşdu. 2010-2012-ci illər aralığında isə futbolçu "Liverpul"un şərəfini qoruyub. Son beş mövsümü Maksi yenə doğma klubunda – "Nyuells Old Boyz"da keçirib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza