Ölkə futbolu
"Şerif" – "Qarabağ" matçı israilli hakimlərə tapşırıldı
UEFA Çempionar Liqasının 3-cü təsnifat mərhələsi &cc…
UEFA Çempionar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək Moldova "Şerif"i ilə Azərbaycan çempionu "Qarabağ" arasındakı cavab matçının hakim təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, UEFA Tiraspolda baş tutacaq qarşılaşmanı İsraildən olan hakimlərə həvalə edib.
Görüşün baş hakimi Roy Reynşreyber olacaq. Ona yan xətt hakimləri Amihay Yehoşua Mozes və Dan Uçeniç köməklik edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Daniel Bar Natan olacaq.
UEFA nümayəndəsi funksiyasını latviyalı Edqars Pukinsks yerinə yetirəcək. Hakim-inspektor vəzifəsi isə litvalı Paulius Maljinskasa həvalə olunub.
Qeyd edək ki, "Şerif" – "Qarabağ" matçı avqustun 1-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Tərəflər arasındakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb.