Milli komanda
Eyni rəqiblə ikinci oyun
Bu gün "Dalğa Arena"da qadınlardan ibarət Azərbayca…
Bu gün "Dalğa Arena"da qadınlardan ibarət Azərbaycan və Qazaxıstan yığma komandaları arasında növbəti yoxlama oyunu keçiriləcək. Futbolinfo.az xəbər verir ki, saat 19:00-da başlayacaq qarşılaşmanı Yuliya Qurbanova, Xəyalə Əzizzadə, Gülyana Özcan və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, bu komandalar arasında iyulun 26-da keçirilmiş ilk yoxlama oyunu millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.