Dünya futbolu
Felipe Melo Braziliya klubundan ayrıldı
Braziliya yığmasının sabiq futbolçusu Felipe Melo "Pal…
Braziliya yığmasının sabiq futbolçusu Felipe Melo "Palmeyras"la yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, o, klubu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
Bu barədə Braziliya klubunun saytı məlumat yayıb. 34 yaşlı oyunçu aprel ayında "Penyarol"la oyunda rəqibinə yumruq vurduğu üçün 6 oyunluq cəzalandırılmışdı. O, bu mövsüm sözügedən klubla 19 oyuna çıxmışdı. Onun yeni klubunun tezliklə müəyyənləşməsi gözlənilir.
Qeyd edək ki, Melo karyerası ərzində "Flamenqo", "Kruzeyro", "Qremio", "Malyorka", "Rasinq", "Almeriya", "Fiorentina", "Yuventus", "Qalatasaray", "İnter" kimi klublarda forma geyinib.