Ölkə futbolu
"Qəbələ" əks-hücumlarda təhlükəlidi"
Yunanıstanın "Panatinaikos" klubunun futbolçusu Nik…
Yunanıstanın "Panatinaikos" klubunun futbolçusu Niklas Hult Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri ilk oyunla bağlı ölkə mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi komandasının çıxışını dəyərləndirib:
"Biz çox yaxşı oynadıq və matçın ilk 1/4 hissəlik bölümündən sonra topa nəzarət etməyə başladıq. Məncə, meydanda daha üstün tərəf idik. Cəmi bir qol vurmağımıza sevinmirik. Əlbəttə, daha çox fərqlənə bilərdik. Amma şadıq ki, top buraxmadıq və bu da çox vacibdi. Cavab oyununda da belə çıxış etməliyik. Omri Altman cəmi bir aydı bizimlədi və işinin öhdəsindən çox yaxşı gəlir. Zamanla bundan da yaxşı olacaq. Gilyermo Molins qol vuraraq, keçmiş hücumçumuz Markus Berqin rolunu öz üzərinə götürdü".
Hult "Qəbələ"nin yaxşı komanda olduğunu söyləyib: "Rəqib futbol oynamaq istəyirdi. Amma bu, bizim arenada onlara çətin idi. Çünki meydana yaxın olan tribunalardakı azarkeşlərimizdən dəstək, enerji alırdıq. Onların köməyi ilə pressinq edir, təzyiq göstərirdik. Bu səbəbdən, rəqib heç nə edə bilmədi. Hətta onlar hücumda olduqda belə top ayaqlarından, sadəcə, uçurdu. Bununla belə, "Qəbələ" əks-hücumlarda təhlükəlidi. Cavab oyununda biz çox diqqətli olmalıyıq".