Dünya futbolu
"Anderlext"dən "Udineze"yə
İtaliyanın "Udineze" klubu növbəti transferini rəsm…
İtaliyanın "Udineze" klubu növbəti transferini rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Belçika "Anderlext"inin müdafiəçisi Bram Neytinki heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bram yeni klubu iə 4 illik müqaviləyə imza atıb.
Hollandiyalı futbolçu peşəkar karyerasına ölkəsinin NEK komandasında başlayıb. 2009-2012-ci illərdə doğma klubundakı oyunu ilə özündən söz etdirən 27 yaşlı Neytink 2012-ci ildən "Anderlext"in şərəfini qoruyurdu.