Dünya futbolu
"Qarabağ"ın rəqibindən səfər qələbəsi
Futbol üzrə Moldova çempionatında 4-cü turun oyunla…
Futbol üzrə Moldova çempionatında 4-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Şerif" də növbəti matçına çıxıb. Sözügedən klub bu gün səfərdə "Petrokub"la qarşılaşıb. Oyun Ağdam klubunun rəqibinin qələbəsi ilə başa çatıb – 2:1. 71-ci dəqiqədə Stefan Muqoşa ilə oyunda hesabı açan qonaqlar 5 dəqiqə sonra qapılarında qol görsələr də, Vitali Damaşkan 82-ci dəqiqədə "Şerif"ə qələbə qazandıran topu meydan sahiblərinin qapısından keçirib.
4 turdan sonra 8 xala malik "Şerif" Moldova çempionatına liderlik edir.
Qeyd edək ki, "Qarabağ"la "Şerif" arasında Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 0:0. Tərəflər arasındakı cavab matçı avqustun 1-də Tiraspolda keçiriləcək.