Ölkə futbolu
“Zirə” “Şüvəlan”ı 4 qolla yendi
“Zirə” yeni mövsümə hazırlıq çər&cce…
“Zirə” yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, “qartallar” Zirə İdman Kompleksinin stadionunda “Şüvəlan”la üz-üzə gəlib.
Qarşılaşmanın ilk yarısında zirəlilər rəqib qapısından bir top keçirib. Orxan Əliyev cərimə zərbəsini dəqiq yerinə yetirib – 1:0. Fasilədən sonra “qartallar” daha üç dəfə rəqib qapısına yol tapıb. Təmkin Xəlilzadənin ardıcıl iki gözəl hərəkətini Orxan dəqiq tamamlayaraq, het-trikə imza atıb. Oyunda son nöqtəni isə Vüsal İsgəndərli qoyub.
“Zirə” yoxlama oyununda 4:0 hesablı qələbə qazanıb.
“Zirə”: Kamal Bayramov (k), Yovan Krneta, Sadiq Quliyev, Yusif Nəbiyev, Qabriel Matey, Viktor İqbekoyi, Vüqar Mustafayev, Orxan Əıiyev, Təmkin Xəlilzadə, David Manqa, Riçard Qadze.
İkinci hissədə meydana daxil olanlar: Anar Nəzirov, Adil Nağıyev, İlkin Muradov, Nicat Qurbanov, Murad Səttarlı, Vüsal İsgəndərli, Müşfiq İlyasov.
"Zirə" növbəti yoxlama oyununu avqustun 5-də keçirəcək.