Dünya futbolu
Bordin: “Qarabağ”a qarşı müəyyən üstünlüyümüz var”
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsind?…
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Şerif" Moldova çempionatının 4-cü turunda səfərdə "Petrokub" üzərində 2:1 hesablı qələbəyə sevindi. Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra komandanın baş məşqçisi Roberto Bordin jurnalistlər üçün mətbuat konfransında maraqlı fikirlər səsləndirib.
O, həm çempionat oyununu, həm də "Qarabağ"la cavab matçı öncəsi şanslarını dəyərləndirib: “Bakıda meydana çıxan bəzi oyunçularımız da bu gün oynadı. Digər futbolçularımıza isə istirahət vermişdim. Çünki qarşıda bizi vacib görüş gözləyir. Bu, həm bizim, həm də rəqib üçün əhəmiyyətli oyundu. Kim qalib gəlsə, irəli gedəcək, uduzan isə turnirdən kənarlaşacaq. Bizim topa çox yaxşı nəzarət edən, sürətli hücumlar quran güclü rəqibimiz var. Diqqətli olmaq lazımdı. Bakıdakından pis çıxış etməməliyik. Cavab oyununda nəticəyə nail olmalıyıq. Çünki müəyyən üstünlüyümüz var”.
Xatırladaq ki, ÇL-in üçüncü təsnifat mərhələsinin "Şerif" – "Qarabağ" oyunu avqustun 1-i keçiriləcək. Bu komandaların Bakıdakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb.